“ASAN Könüllüləri” Təşkilatı “Azərsun” Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, “#VAROLUN” sosial çağırışı ilə həyata keçirilən layihə çərçivəsində polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən “Azərsun” məhsulları və çay termosları hədiyyə olunur.
Dörd gün davam edəcək layihə paytaxtda 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarını əhatə edəcək.
Layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.