SağlamlıqSosialTəqdimat

ASAN könüllüləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində

7 saylı Bakı “ASAN xidmət” mərkəzi könüllülərinin təşəbbüsü ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə ekskursiya təşkil edilib.

Onlar Mərkəzdəki 14 yaradıcılıq istiqaməti üzrə təlimləri və benefisiarların studiyalardakı iş prosesini izləyiblər. Könüllü gənclərə Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Burada şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün həyata keçirilən sosial-psixoloji dəstək məqsədli arterapiya üsullarından danışılıb.

Benefisiarların əl işləri könüllülərdə böyük maraq oyadıb və onlar burada öz bacarıqlarını sınamaq qərarına gəliblər. Musiqi, dulusçuluq, dərzilik, dizayner-modelyer sənəti və digər studiyalardakı təlimlərdə benefisiarlarla birlikdə müxtəlif əl işlərinin hazırlanmasında iştirak ediblər. Musiqi studiyasında benefisiarlarımızla birgə mahnılar səsləndiriblər, dulusçuluq emalatxanasında gildən nümunələr düzəldiblər. Rəqs studiyasında ASAN könüllülərinə müxtəlif ölkə rəqslərindən nümunələr və kapoeyra nömrələri göstərilib. Qonaqlar benefisiarlara qoşularaq, peşəkar incəsənət və idman ustalarının iştirakı ilə həmin studiyadakı məşqlərin iştirakçısına çevriliblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!