Site icon Frame.az

“ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi yekunlaşıb

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və “Diplomatiya könüllüləri”nin tərəfdaşlığı ilə  “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi yekunlaşıb.

Layihənin bağlanış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər.

44 günlük Vətən müharibəsinə həsr olunmuş layihənin əsas məqsədi diplomatik-siyasi mübarizənin vacibliyinin müzakirəsi, beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini konstruktiv şəkildə ifadə edə biləcək gənclər şəbəkəsinin formalaşdırılmasına dəstək vermək, həmçinin diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst müzakirə və natiqlik bacarıqlarının təkmilləşdirilməsidir.

Layihə çərçivəsində diplomatiyanın müxtəlif istiqamətləri, ictimai, hərbi, iqtisadi, mədəni və parlament diplomatiyası üzrə müxtəlif dövlət qurumlarının nümayəndələri, səfirlər, beynəlxalq eskpertlərlə görüşlər keçirilib.

Həmçinin layihə müddətində iştirakçılar tərəfindən elmi araşdırma işləri hazırlanıb.

Tədbirin sonunda layihə iştirakçıları sertifikatlarla təltif olunublar.

Exit mobile version