“ASAN xidmət” Talış kəndində sosial aksiya reallaşdırıb

“ASAN xidmət”in, “Yelo Bank”ın və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə sosial aksiya təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Ramazan bayramı münasibətilə təşkil olunan aksiya Tərtər rayonunun işğaldan azal olunmuş Talış kəndində reallaşdırılıb. Məqsəd tarixi Azərbaycan torpağı olan ərazilərdə yenidən milli-mənəvi dəyərlərimizi bərpa etmək, öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımıza bayram sevincini yaşatmaqdır.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiya çərçivəsində Talış kəndinin sakinləri üçün işğaldan azad olunandan sonra ilk iftar süfrəsi açılıb. Həmçinin orada yaşayan ailələrə bayram sovqatları təqdim olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində işğal altında olan torpaqlarımız, o cümlədən Talış kəndi düşməndən azad edilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: