“ASAN xidmət”in kişi əməkdaşları arasında voleybol turniri təşkil olunub
“ASAN xidmət”in kişi əməkdaşları arasında voleybol turniri təşkil olunub.
Dövlət Agentliyinin 10 illiyinə həsr olunmuş turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.
23 komandanın iştirak etdiyi turnirdə 1-ci yeri “ABAD” publik hüquqi şəxsin, 2-ci yeri Dövlət Agentliyinin, 3-cü yeri isə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası tutub.