IqtisadiyyatTəqdimatƏn SonƏn Son

“ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə

Martın 1-də Bakıda səfərdə olan İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyev ilə keçirilən görüş çərçivəsində “ASAN xidmət” təcrübəsinin Mərkəzi Asiya ölkələrində tətbiqi istiqamətində İİB ilə davam edən uğurlu əməkdaşlıq üzrə müzakirələr aparılıb.

Sonra Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi “ASAN xidmət” təcrübəsini tətbiq etmək istəyən İslam İnkişaf Bankına üzv ölkələrə dəstək olmaqdır. Belə ki, müvafiq ölkələrin bu istiqamətdə maliyyə xərcləri məhz İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti, Səyyar ASAN xidmət avtobusu ilə də yerində tanış olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!