SosialTəqdimat

“ASAN xidmət”də 8 martla bağlı özəl təbrik

Xanımların özəl günündə “ASAN xidmət”in maskotu Mr.ASANT onlara sürpriz edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, “ASAN xidmət” mərkəzinə müraciət edən xanım vətəndaşlara, mərkəz əməkdaşlarına və könüllü xanımlara Mr.ASANT tərəfindən qızılgül hədiyyə olunub.

Xatırladaq ki, qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.

Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə – qarışqa) sözlərinin kombinə edilməsidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!