SosialTəqdimatƏn SonƏn Son

“ASAN xidmət”dən növbəti pozitiv mesaj

“ASAN xidmət” sosial şəbəkələrdəki hesablarında yenidən “#OGünGələcək” başlıqlı paylaşım edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildiriblər ki, budəfəki paylaşımda şəkillər vasitəsilə “ASAN xidmət” mərkəzlərində xüsusi karantin rejimindən öncə qeydə alınmış bır sıra xoş ab-havalı anlar əks etdirilib.

Bununla vətəndaşlara ayrılığın müvəqqəti olduğu, gözəl günlərin və mərkəzlərdə həmin anların yenidən yaşanılacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, “ASAN xidmət” bir müddət öncə “#OGünGələcək” mesajlı sosial videoçarx da nümayiş etdirib. Videoçarxda vətəndaşlarımıza pozitiv mesaj ötürülərək Bakı şəhərinin küçələrində tezliklə Günəşin daha gözəl doğacağı, sevinc səslərinin eşidiləcəyi və birlikdə gözəl anların yaşanılacağı günün gələcəyinə ümid ifadə olunub.

“#Bizbirlikdəgüclüyük” həştəqi ilə hər iki paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!