“Atəşgah” Sığorta müştəriləri “Bəhram Bağırzadə ilə imza günü” tədbirində toplaşıb

Ötən gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2019-cu ildən fəaliyyətə başlamış Bakı Fotoqrafiya Evində Bəhram Bağırzadənin uşaqlara həsr olunmuş “Qarabağ Azərbaycandır”, “Şuşa” kitablarının təqdimatı və imza mərasimi keçirilib.

“Atəşgah” Sığorta Şirkətinin “Loyallıq sistemi” çərçivəsində “Məşhur şəxslərlə görüş” rubrikasının ilk tədbiri “Bəhram Bağırzadə ilə imza günü” olub. Hər kəsin sevimlisi Bəhram Bağırzadə – Azərbaycanın Əməkdar artisti, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyinin və Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor və rejissor, əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, qırxdan artıq uşaq kitabının müəllifidir.

“Atəşgah” Sığortanın əməkdaşları tədbirin rəsmi hissəsində görüşə toplaşan korporativ müştəriləri ilə daha yaxından tanış olmuş, əlaqələrin gücləndirilməsi məqsədilə kofe fasiləsi təşkil etmiş, müştərilərə və onların övladlarına fərdi diqqət göstərərək onların Şirkət haqda rəylərini dinləmiş, loyallıqları üçün minnətdarlıq etmişlər.

Tədbirin bədii hissəsində Bəhram Bağırzadə 2 saat ərzində möhtəşəm tar ifasının sədaları altında öz yaradıcılıq yolundan bəhs etmiş, maraqlı xatirələr bölüşmüş, öz sevənlərinin suallarını cavablandırmış, şəkillər çəkdirmiş və Qarabağ tarixi haqda yazılmış şəkilli ensiklopediyaları və xüsusən də “Qarabağ Azərbaycandır!” və “Şuşa” barədə olan kitabları haqqında bəhs etmişdir. Bəhram Bağırzadə tədbir iştirakçılarına və onların övladlarına müəllif imzası ilə olan kitablar hədiyyə etmişdir.

Sonda balaca övladlarımız Bəhram əmiyə Vətən sevgilərindən bəhs edib, belə maraqlı gün və kitablar üçün ona təşəkkürlərini bildirmişlər!

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: