Site icon Frame.az

“Atəşgah” Sığorta Qrupu 2018-ci ilin 9 ayı üzrə 70 mln. AZN sığorta haqqı toplayıb

Financial planning

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib. Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 70 mln. AZN təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq28,6 mln. AZN təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi isə 14,7 mln. AZN təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur.

“Atəşgah” SŞ -nin 2018-ci ilin ilk doqquz ayı ərzində ən çoxödəniş etdiyi sığorta növləri tibbi sığorta vəavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 66,5% artaraq 3,7 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 11%artaraq 8,9 mln.AZN təşkil etmişdir.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 66% artaraq 41,4 mln. AZN təşkil etmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

 

Exit mobile version