Site icon Frame.az

“Atəşgah” Sığorta Şirkəti öz müştəriləri üçün təşkil edilmiş “Loyallıq Sisteminə” start verdi!

Mayın 19-u,“Atəşgah” Sığorta Şirkətinin təşkilatçılığı ilə şirkətin korporativ müştəriləri arasında kartinq yarışı keçirilib. “Baku City Karting”-də keçirilən yarışın təşkil olunmasında əsas məqsəd şirkət tərəfindən bu il təsdiq olunmuş “Loyallıq Sistemi”-nə uyğun olaraq müştərilərlə dostluq münasibətlərini daha da  mökəmləndirməkvə onların xoş zaman keçirmələrini təmin etmək idi.

İki komandaya bölünən iştirakçılar trasla tanış olduqdan sonra bir-biriləri ilə yarışıblar. İlk yarışın qalibləri finala vəsiqə qazanıblar. 10 dövrəni ən tez tamamlayan ilk üç yerin sahibləri medal və kubokla mükafatlandırılıblar. İştirakçılar yarışdan böyük zövq aldıqlarını ifadə edərək, bu təşəbbüsə görə “Atəşgah” SŞ-nə öz təşəkkürlərini bildiriblər.

Müştəri məmnuniyyətinə hər zaman böyük əhəmiyyət verən “Atəşgah” SŞ bu kimi layihələri tez-tez keçirtməyi planlaşdırır.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

Exit mobile version