Frame LifeIqtisadiyyatSosialTəqdimat

“Atəşgah” Sığorta Şirkəti sahibsiz küçə heyvanları üçün “4 ayaqlı dostlarımıza dəstək” sosial layihəsinə start verib

25 illik fəaliyyət dövrü ərzində əsas hədəflərindən biri ətraf-mühitə qarşı məsuliyyətli və faydalı addımlar atmaq olan “Atəşgah” Sığorta Şirkəti, daha bir Korporativ Sosial Məsuliyyət yönümlü layihəyə start verib.

“4 ayaqlı dostlarımıza dəstək” sosial layihəsi çərçivəsində sahibsiz küçə heyvanları üçün evciklər hazırlanmış və bu evciklər yemlik qabları və yemlə təmin olunmuşdur. Evciklərin biri “Atəşgah” Sığorta Qrupunun Baş ofisi qarşısında yerləşdirilmişdir. Digər evcikləri isə şəhərin müxtəlif məkanlarında görmək mümkündür. “Gəlin qayğı ilə kiçik dostlarımızı birgə sevindirək!” şüarlı
sosial layihəyə dəstək məqsədi ilə yemliklərə yemək və ya su yerləşdirməniz xahiş olunur.

Layihənin daha böyük kütləyə çatması və daha çox sahibisiz küçə heyvanına qayğı üçün Sosial Media hesablarınızda #4ayaqlıdostlarımızadəstək heştəqi ilə paylaşım edə bilərsiniz.

Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, sosial məsuliyyətlərimizi dərk etməyin hər bir şəxsin və toplumun borcu olduğunu iddia edən “Atəşgah” Sığorta Şirkəti bugünədək sözügedən məqamlara diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu davam etdirəcəyi barədə açıqlama etmişdir.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!