“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv təyin olunub

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkətinin İdarə Heyətinə yeni üzv seçilib.

Frame.az xəbər verir ki, Direktorlar Şurasının qərarına əsasən Rüfət Ağazadə “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah sığorta şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini layiqincə icra etmişdir.

Atəşgah sığorta şirkəti adından Rüfət Ağazadəyə yeni  peşəkar fəaliyyətində uğurlar arzu edirik!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: