Site icon Frame.az

“Atəşgah” Sığorta və “Atəşgah Həyat’ Sığorta şirkətləri BFB-nin Listinq Məsləhət proqramına qoşulub

Financial planning

“Atəşgah” Sığorta şirkəti və “Atəşgah Həyat” Sığorta şirkəti Bakı Fond Birjasının (BFB) təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulub.

Bununla əlaqədar olaraq, 1 İyun 2018-ci il tarixində  BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov,  “Atəşgah” Sığortanın İdarə Heyətinin sədri Azər A. Əliyev  və “Atəşgah Həyat’ Sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Ə. Əliyev tərəfindən “Listinq Məsləhət Proqramı” (LMP)-na qoşulma haqqında saziş imzalanib.

Sazişə əsasən “Atəşgah” Sığorta şirkəti və “Atəşgah Həyat” Sığorta kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LMP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir.

LMP-na qoşulma haqqında saziş imzalandıqdan sonra BFB-də “Atəşgah” Sığorta və “Atəşgah Həyat” Sığorta şirkətləri  ticarətin başlanmasını simvolizə edən növbəti açılış zənginin iştirakçısı olub.

Frame.az

Exit mobile version