“Atəşgah”Sığortanın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında ödənişsiz yoqa təlimi keçirilib

Cəmiyyətə faydalı addımlar atmaq şüarı ilə bir çox sosial məsuliyyət yönümlü tədbir və layihələrə imza atan “Atəşgah” SŞ-nin daha bir faydalı tədbiri baş tutub.

“Atəşgah” Sığorta Şirkətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında yoqa təlimi həyata keçirilib.

Sözügedən tədbirdə təlimçi 26 illik təcrübəyə malik olan məşhur yoqa mütəxəssisi, eləcə də idman ustası Fuad Əliyev olub.

Tədbirin məqsədi iştirakçılara sağlamlıq dolu gün bəxş etmək, ruh və bədən sağlamlığımızın, onlar arasındakı balansın bizim üçün necə vacib olduğunu vurğulamaq olub.

Qeyd edək ki, öncədən şirkətin rəsmi səhifələrində təlimə qeydiyyat ilə bağlı əhali üçün paylaşımlar yer alıb. Belə ki, yoqa təliminə giriş sərbəst olub və “Atəşgah” SŞ-nin bir sıra nümayəndələri, eləcə də əhaliyə açıq paylaşımlardan xəbər tutaraq qoşulmaq istəyən digər şəxslər təlimdə iştirak ediblər.

Təlim zamanı Fuad Əliyev yoqa haqqında ümumi biliklərdən bəhs edib, bir neçə əsas yoqa texnikalarını öyrədərək iştirakçılarla təcrübədən keçirib. Xoş hisslərlə təlimdən ayrılan iştirakçılar həftənin yorğunluğundan qurtulub, ruh və bədənlərinin bir neçə saat ərzində dincəldiyini hiss etdiklərini bildiriblər.

“Atəşgah” SŞ tədbirin həyata keçirilməsində göstərdikləri təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirir!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: