IqtisadiyyatTəqdimat

“Atəşgah” Sığorta Qrupu 2018-ci ildə95 mln. AZN sığorta haqqı toplayıb

Azərbaycan sığorta bazarının liderindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ciil üzrə maliyyə hesabatını təqdim edib. “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin ötən ilərzində topladığı sığorta haqlarının ümumi həcmi 95 mln. AZNtəşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üzrə topladığı sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq35,9 mln. AZN təşkil edib. Sığorta ödənişlərinin həcmi isə 20,0 mln. AZN təşkil edib ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

“Atəşgah” SŞ -nin 2018-ci ilərzində ən çoxödəniş etdiyi sığorta növləri tibbi sığorta vəavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur.Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 52% artaraq 4,8 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 18%artaraq12,8 mln.AZN təşkil edib.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin topladığısığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 53% artaraq 59,0 mln. AZNolub.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!