IqtisadiyyatTəqdimat

“Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim edib

Azərbaycanın aparıcı sığortaçılarından biri olan “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib.

“Yeni biznes strategiyaya əsasən “Atəşgah” SQ üç ildən sonra daha effektiv biznes göstəricilərinə malik olacaq. Belə ki, biz, sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə, məhsulların inkişafı və modernləşdirilməsinə yatırımlar edəcəyik. Yatırımların vacib istiqamələrindən biri də – rəqəmsallaşmadır. Burada prioritet olaraq satışları əsas elektron satış kanalına çevirmək, şirkətin İT-infrastruktur bazasını təkmilləşdirməkdir”. Bunu “Atəşgah” Sığorta Şirkətinin İdarə heyətinin sədri Azər A. Əliyev adı çəkilən inkişaf strategiyasını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, yeni strategiya sığorta qrupunun əməkdaşlarından ibarət işçi qrupu tərəfindən hazırlanıb və ümumilikdə, beş əsas istiqaməti özündə ehtiva edir:

İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkətlər üzrə rəqəmsallaşdırılma səviyyəsinin yüksəldilməsi.

Biznes proseslərin təkmilləşdirilməsi.

Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi.

İnsan kapitalına investisiya.

Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.

Şirkət rəhbəri, “Atəşgah” SQ –nun Azərbaycanda əmlak və avtomobil sığortası üzrə ən böyük müştəri portfeli ilə pərakəndə sığortada lider olmaq, eləcə də korporativ sığorta seqmenti üzrə TOP 3-lükdə mövqeyini möhkəmlətmək kimi iddialı hədəfləri qarşısına qoyduqlarını bildirdi.

6-7 sentyabr 2018-ci il tarixində baş tutan iclas çərçivəsində 2018-ci ilin 6 aylıq maliyyə hesabatı, əmlak, şəxsı sığorta və tibbi sığorta növləri üzrə tənzimlənmə fəaliyyətinə dair hesabatlar da dinlənilib.

Məlumat üçün bildirək ki, “Atəşgah” SQ-nun 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!