FinansIqtisadiyyatTurizmTəqdimat

“Atəşgah” Sığorta Şirkəti 26-cı fəaliyyət dönəmini qeyd edib

“Atəşgah” Sığorta Şirkəti 26 illik fəaliyyət dönəmi münasibətilə təntənəli tədbir keçirib.
Frame.az xəbər verir ki, Gülüstan sarayında baş tutan tədbirə “Atəşgah” Sığorta Şirkətinin rəhbər heyəti, 400 nəfərə yaxın əməkdaşı, bir sıra qonaqlar və eləcə də Şirkətin bəzi sabiq əməkdaşları qatılıb.
Xoş musiqi sədaları ilə qarşılanan qonaqlar xüsusi əyləncəli foto aparatları ilə tanış edilib və beləcə əyləncəli foto mərasimi ilə tədbir açıq elan edilib.
Daha sonra əsas zala dəvət edilən iştirakçılara Nizami Əliyevin möhtəşəm piano ifası və milli rəqs proqramları təqdim edilib.
Tədbirin rəsmi hissəsini “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev öz nitqi ilə açıq elan edib. Rəsmi hissənin davamında “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev, “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov da çıxışlar ediblər.
Onlar müxtəlif təqdimatlar vasitəsilə “Atəşgah” Sığorta Şirkətinin strategiyası, 26 il ərzində baş vermiş mühüm hadisələr, qazanılan uğur və nəaliyyətləri qonaqların diqqətinə çatdırıblar.
Daha sonrakı illər üçün böyük hədəflərin olduğunu qeyd edən rəhbər heyət komanda olaraq qarşıya qoyulmuş  bütün məqsədlərə doğru əmin addımlarla irəlilədiklərini, şübhəsiz bu yolu nəaliyyətlə başa vuracaqlarını bildirib və şirkətin əldə etdiyi uğurlara görə, vəzifələrini layiqincə yerinə yetirən əməkdaşlara da təşəkkürünü bildirib.
Nitqlərdə 26 illik fəxrli yolun və qarşıya qoyulan gələcək məqsədlərin hər birinin müştərilərin məmnuniyyəti artırıb, onlara daha keyfiyyətli xidmət göstərməyə xidmət etdiyi vurğulanıb.
Rəhbər heyətin nitqlərindən sonra artıq 5, 10 və 20 ildir ki “Atəşgah” Sığorta Şirkətində çalışan əməkdaşların təltifetmə mərasimi olub. Uzun müddət ərzində şərəfli uğur yolunda birlikdə addımladıqlarına görə Şirkətin nəaliyyətlərində mühüm paya malik əməkdaşlara hədiyyə və təşəkkürnamələr təqdim edilib.
Əməkdaşların fikir və rəylərini öyrənmək, onların əsasında gələcək strategiyanı müəyyənləşdirmək naminə keçirilən müxtəlif sorğuların nəticələri də tədbir zamanı açıqlanıb. Sorğu əsasında bəzi əməkdaşlar müxtəlif nominasiyalar üzrə mükafatlanıblar.
Daha sonra “Atəşgah” Sığortaya məxsus himn bir sıra əməkdaşlar tərəfindən səsləndirilib və himnə həsr olunmuş video-çarx nümayiş olunub.
Rəsmi hissə yekunlaşdıqdan sonra tədbir əyləncə proqramları ilə davam edib. İştirakçılar tanınmış incəsənət xadimləri Aygün Kazımova və Ədalət Şükürovun ifasında səslənən populyar mahnıların sədaları ilə rəqslərinə davam ediblər. Sonda tort kəsimi ilə məclisə yekun vurulub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!