IqtisadiyyatPR-TanıtımTurizmTəqdimat

“Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev Rusiyada keçirilən ESG RETHINK FORUM 2022-də Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi qismində çıxış edib

Ötən gün Moskva şəhərində ekoloji və sosial məsuliyyət və korporativ idarəetmə sahəsində mühim hadisə olan ESG RETHINK FORUM 2022 tədbiri baş tutmuşdur. Forumun gündəliyi davamlı inkişaf strategiyasının müasir kontekstdə yenidən nəzərdən keçirilməsi və onun mövcud reallıqlarda praktiki tətbiqindən ibarət olmuşdur.

ESG RETHINK FORUM 2022 şirkət rəhbərlərini, hökumət rəsmilərini və bu sahənin ekspertlərini bir araya gətirmişdir. Tədbir iştirakçıları dünyada şirkətlərin dayanıqlı inkişaf və ESG-transformasiyası konsepsiyasının tərəqqisinin problemləri və istiqamətləri ilə bağlı təcrübə və fikirlərini bölüşmüşlər.

Forum əsasən 8 istiqamətdə – davamlı inkişaf, iqtisadi transformasiya, sosial gündəm, rəqəmsal strategiya, regionların strateji dayanıqlığı, kreativ sənayelər, gənc nəsil, idxalın əvəzlənməsi kimi mövzuları əhatə edib.

“Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev forumda Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi qismində iştirak edib. O, Azərbaycanda ESG strategiyasının tətbiq edilmə mərhələləri haqda danışmış, cari vəziyyətin dəyərləndirilməsi ilə auditoriyanı tanış etmişdir.

Ruslan Əliyev Azərbaycanda ilk dəfə 2021-ci ildən “Atəşgah” Sığorta Şirkəti tərəfindən ESG strategiyasının pilot layihəsinin işıq üzü gördüyünü qeyd etmiş və forum iştirakçılarına “Atəşgah” Sığorta Şirkətinin ESG prinsiplərini əsas tutaraq həyata keçirdiyi layihələri öz təqdimatında nümayiş etmişdir. Çıxışının sonunda Azərbaycan Respublikasında gənc nəslin dayanıqlı inkişafa qatdığı töhfələrdən bəhs edən Ruslan Əliyev Ümumilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gənclərə dəstəyindən, bununla bağlı qəbul etdiyi qərarlardan danışmışdır.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!