FinansIqtisadiyyatPR-TanıtımTəqdimat

“Atəşgah” SŞ “müştəri səsi”ni daha effektiv eşitmək üçün texnoloji yeniliklərin tətbiqinə başlamışdır

25 ildir müştərilərə sığorta sahəsi üzrə xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti müştərilərin məmnunluğunu və onlara göstərilən xidmət keyfiyyətinin yüksəkliyini ön tutaraq bu istiqamətdə texnoloji yeniliklər təqdim etməyə davam edir.Belə ki, göstərilən xidmətləri ən yüksək səviyyədə həyata keçirib, müştərilərin məmnun qalmasını təmin etmək üçün  Şirkət,bir müddət öncə “Qreact”proqram təminatının tətbiqinə başlamışdır.

“Qreact” – real vaxt rejimində müştəri rəylərinin toplanması və dəyərləndirilməsi üçün hazırlanmış proqram təminatıdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə müştərilərinin dəyərli fikirlərini öyrənmək üçün, sorğu formalarını onlara təqdim edir və bununla müştərilər uyğun olan anda istifadə etdikləri xidmət səviyyəsini qiymətləndirə bilir.

Qiymətləndirmə zamanı,müştərilərşərh bölmələrində aldığı xidmətlər üzrə fikirlərini qeyd edir, “Atəşgah” Sığorta Şirkəti isə öz müştərilərinin yaranan problemlərini qısa zamanda həll etmək üçün tədbirlər görür. Bildirmək istərdik ki, daxil olan rəylərə həftənin 7 günü, günün 24 saatı nəzarət olunur. Hər bir rəy emal olunur və narazı qalan müştərilərə  24 saat ərzində geri dönüş edilərək onların razı qalmaları üçün Şirkət əməkdaşları tərəfindən bütün mümkün addımlar atılır.

Tətbiq olunan qısa zaman ərzində daxil olan rəylərin sayı 1200-ə yaxınlaşıb və “Atəşgah” Sığorta Şirkətini əməkdaşlıq təcrübəsinə əsaslanaraq gələcəkdə dost-tanışlarına tövsiyyə etməyə hazır olan müştərilərin faiz dərəcəsi isə 83% təşkil edib. Ortalama məmnuniyyət dərəcəsi isə mümkün olacaq “5” göstəricisindən “4”ə bərabərdir. Həmçinin, bügünə  qədər göndərilən rəylərin 90%-nin müsbət olmasına baxmayaraq, “Atəşgah” SŞ mənfi rəylərin faiz göstəricisinin daha da enməsi üçün xidmət səviyyəsini təkmilləşdirərək fəaliyyətini davam etdirir.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!