EkologiyaFinansSosialTəqdimatƏn SonƏn Son

“Atəşgah” Sığorta Qrupunun əməkdaşları “Nəsimi-650” ağacəkmə layihəsinə qatılıblar

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu“Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” vizyonunu ön tutaraq, ətraf mühitin mühafizəsinə öz töhfəsini vermək məqsədilə ağacəkmə layihəsinə qoşulub.

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində 06.12.2019 tarixində, “Atəşgah” SQ-nun əməkdaşları Bakı şəhərinin Qala qəsəbəsi ərazisində keçirilən ağacəkmə layihəsində iştirak ediblər. Bu təşəbbüs Nəsimi irsinin daha geniş təbliği ilə yanaşı, Azərbaycanın mədəni irsinin qorunmasına, çiçəklənən gələcəyinə, ölkəmizin daha da yaşıllaşmasına və ətraf mühitin mühafizəsinədaha böyük zəmin yaradacaqdır.

Fəaliyyətində ətraf mühitin mühafizəsini və ekoloji problemləri daim diqqət mərkəzində saxlayan, eyni zamanda sosial layihələrə hər zaman xüsusi yer ayıran “Atəşgah” Sığorta Şirkətinin 30 nəfər əməkdaşı aksiyada fəal iştirak edib.

Bundan əlavə, Şirkətin dəvəti ilə 6 №-li məktəb-liseyin 13 şagirdi dəgələcək nəsli yaşıllığın qorunmasının əhəmiyyəti barədə maarifləndirmək məqsədi ilə tədbirə qatılaraq öz töhfələrini veriblər.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!