Frame LifeIdmanSosialTəqdimat

“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi növbəti təlim sessiyası baş tutub

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi çərçivəsində 6-7 avqust tarixlərində Sumqayıt, Mingəçevir, Lənkəran və Qax şəhərlərində növbəti təlim sessiyası baş tutub.
“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər Assosiasiyası” tərəfindən icra olunur.

Layihə çərçivəsində növbəti təlimlər aşağıdakı ardıcıllıqla keçiriləcək:

● Sumqayıt Gənclər Evi – 13 avqust, saat 11:00
● Qax Heydər Əliyev Mərkəzi – 13 avqust, saat 11:00
● Mingəçevir Gənclər Evi – 14 avqust, saat 11:00
● Lənkəran Gənclər Mərkəzi – 14 avqust,  saat 11:00

Layihədə qeyd olunan bölgələrdə yaşayan, məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər. Layihəyə qoşulmaq üçün anketi (https://cutt.ly/0KAhD3G) doldurmaq və ya 070 504 45 47 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək tələb olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!