Site icon Frame.az

“AtaTravel” MMC turizm sahəsində PR-ın təşkilinə dair seminar keçirəcək

14 noyabr 2017-ci il tarixində “Excelsior Hotel& Spa Baku” otelinin “Dəhnə” zalında “AtaTravel” MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. Təlimçilər “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyovvə “AtaHolding”-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovaiştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq.

Təlim zamanı həmçinin Azərbaycan üçün yeni olan Qeobrendinq barədə də məlumat veriləcək. Təlimin yekununda iştirakçılarasertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyən tələbələrdilara.zamanova@gmail.comünvanına CV göndərə bilərlər.

Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin, Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilir.

Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Frame.az

Exit mobile version