“AtaTravel” MMC 22-25 mart 2017-cı il tarixlərində “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində dörd günlük möhtəşəm Novruz şənliyi təklif edir.
Baharın gəlişini təbiət qoynunda füsünkar mənzərəsi olan “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində qarşılaya bilərsiniz.
Gün ərzində 3 dəfə ultra lüks açıq bufet, hər axşam canlı musiqili proqram, tonqal ətrafında möhtəşəm atəşfəşanlıq, kosa və keçəlin iştirakı ilə əyləncəli şou proqram, milli rəqslər, rəqs qrupu şou, lotoreya oyunu, hədiyyəli yumurta döyüşü və Novruz sərgisi daxil olmaqla ikinəfərlik otaqada bir nəfər üçün qiymət 395 AZN təşkil edir. Həmçinin, proqrama otelin idman və spa mərkəzinin xidmətlərindən də istifadə daxildir.
Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlə təmin edir.
Frame.az