IdmanTəqdimat

“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçiriləcək

5 fevral tarixində “Excelsior Hotel & Spa Baku” otelinin “Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçiriləcək. “Aura” Sağlamlıq mərkəzində skvoş ilə peşəkarcasına məşğul olmaq üçün beynəlxalq standartlara uyğun 2 skvoş zalı var. Həmçinin, “Aura” Sağlamlıq mərkəzində stolüstü tennis, böyük tennis və skvoş idman növləri üzrə korporativ yarışların keçirilməsi üçün hər bir şərait var. Peşəkar təlimçilər bu idman növləri üzrə təlimlər də keçir.

Skvoş – idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur. Yarışın qaliblərinə sertifikat və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!