FinansSosialTurizmTəqdimat

Autizm sindromlu uşaqlar üçün bayram sevinci!

Yeni il böyüklərdən daha çox uşaqların səbirsizliklə gözlədiyi, arzularının reallaşdığı və möcüzələrin gerçəkləşdiyinə ürəkdən inandıqları bir bayramdır.

Yelo Bank bu dəfə autizm sindromu olan uşaqların “Yelo Santa”sı oldu və onlar üçün sürpriz bir gün təşkil etdi. Autizm əksiklik və ya xəstəlik deyil, fərqlilikdir. Bu fərqliliyin fərqinə varan Yelo Bank əməkdaşları bayramı onlarla qeyd etmək və unudulmaz gün yaşatmaq üçün uşaqlara hədiyyələr təqdim edib, əyləncə mərkəzinə apardı. Həmin gün uşaqların maraq dolu həyəcan və sevinc reaksiyaları bizim bayramımıza da rəng qatdı.

Yelo Bank olaraq autizmli uşaqların sosial həyatda öz mövqelərini yaratmaq və onlar üçün daha gözəl bir dünyanın formalaşdırılması üçün əməli addımlarımızı davam etdirəcəyik.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!