SosialƏn Son

Autizmli uşaqlar podiuma çıxırlar

Aprelin 24-ü “Boulevard Hotel”də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Birgə və Sağlam” İctimai Birliyi, Gülnarə Xəlilova Moda evi, “Ümid var” Xeyriyyə Cəmiyyəti və “Lider Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi keçirilir. “Autizm-Fərqli və Bizdən Biri” adlanan nümayişdə Azərbaycanda ikinci dəfə olaraq podiuma autizmli uşaqlar çıxır.

Frame.az xəbər verir ki, modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı kolleksiyanı 10 uşaq nümayiş etdirir.

Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir.

Xatırladaq ki, 2007-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı tərəfindən aprel ayı “Ümumdünya Autizm Maarifləndirmə Ayı” elan edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!