“Auto Motor und Sport” nəşri Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimini açıqlayıb.
Frame.az xəbər verir ki, nəşrə görə, Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq. Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Təqvimin son versiyasını Beynəlxalq Avtomobil Federasiyası təqdim edəcək. Bundan sonra dəyişikliklərin ola biləcəyinə baxmayaraq artıq bilet satışına başlanacaq.
Formula 1-in ilk mərhələsi martın 20-də Bəhreyndə keçiriləcək.
Sonrakı mərhələlərə Səudiyyə Ərəbistanı (27 mart), Avstraliya (10 aprel), Çin (17 aprel), ABŞ (8 may), İspaniya (22 may), Monako (29 may), Azərbaycan (12 iyun), Kanada (19 iyun), Böyük Britaniya (3 iyul), Avstriya (10 iyul), Fransa (17 iyul), Macarıstan (31 iyul), Belçika (28 avqust), Hollandiya (4 sentyabr), İtaliya (11 sentyabr), Rusiya (25 sentyabr), Sinqapur (2 oktyabr), Yaponiya (9 oktyabr), ABŞ (23 oktyabr), Mexiko (30 oktyabr), Braziliya (13 noyabr) və Abu-Dabi (20 noyabr) ev sahibliyi edəcək.