Idman

Avropa arenalarında növbəti turun oyunları keçirilib

İspaniya La Liqası 22-ci tur.

İlk dövrədə öz meydanında Alaves’ə məğlub olan Barselona bu dəfə səfərdə bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxdı. 6:0 hesabı ilə qələbə qazanan Barsa turnir cədvəlində 2-ci pillədəki yerini qorudu. Çempionatın lideri Real Madrid səfərdə Osasuna’ya çətinlik çəkmədən qalib gəlib 3:1. Heç cürə özünə gələ bilməyən Valensiya bu turda da qələbə üzünə həsrət qalıb. Atletiko Madrid oyunun gedişatında 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq son dəqiqələrdə vurduqları qollarla Selta’ya 3:2 qalib gəlib. Las Palmas öz meydanında Sevilya komandasına 1:0 hesabı yenilib. Vilyareal – Malaqa qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu nəticələrdən sonra Real Madrid 49 xalla turnir cədvəlinə başçılıq edir, ondan bir xal geri qalan Barselona ikinci , 46 xalı olan Sevilya isə üçüncüdür. Atletiko Madrid – Selta 3:2 Alaves – Barselona 0:6 Osasuna – Real Madrid 1:3 Vilyareal – Malaqa 1:1 Leqanes – Sportinq Gijon 0:2 Las-Palmas – Sevilya 0:1 Eybar – Qranada 4:0 Atletik B – Deportivo 2:1 Espanyol – Real Sosyedad 1:2 Betis – Valensiya 0:0İtaliya A Seriyası 24-cü tur.

Tura Napoli – Cenoa qarşılaşması ilə start verildi. İkinci hissədə Zielinski və Cakkeri’nin vuduğu qollar ev sahibi komandaya 2:0 hesablı qələbə gətirib. Son illərin dəyişilməz çempionu Yuventus səfərdə Kalyari komandasının qonağı olub. İquayn’ın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanan Yuve A Seriyasında ardıcıl 5-ci qələbəsini qazandı. Yuventus’u qarabaqara izləyən Roma’da turu qələbə ilə başa vurub. Luçano Spaletti’nin yetirmələri səfərdə debütant Krotone’dən güclü olub 2:0. Ötən tur çempiona uduzan İnter bu tur öz meydanında Empoli komandasına Eder və Kandreva’nın vurduğu qollarla 2:0 qalib gəlib. Torino – Peskara qarşılaşmasında qapılara 8 top vurulub. 5:3 hesabı ilə qələbə qazanan Torino aktivinə 3 xal əlavə edib. Peskara komandası isə ardıcıl məğlubiyyətlərdən baş məşqçisi Massimo Oddo ilə yollarını ayırmağa qərar verib. Turun mərkəzi qarşılaşması bazar ertəsi keçirilib. Latsio – Milan matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu nəticələrdən sonra Yuventus 60 xalla birinci, Roma 53 xalla ikinci, aktivində 51 xalı olan Napoli üçüncüdür. Napoli – Cenoa 2:0 İnter – Empoli 2:0 Krotone – Roma 0:2 Fiorentina – Udineze 3:0 Torino – Peskara 5:3 Sampdoriya – Bolonya 3:1 Sassuolo – Kyevo 1:3 Palermo – Atalanta 1:3 Kalyari – Yuventus 0:2 Latsio – Milan 1:1İngiltərə Çempionatı 25-ci tur.

Çempionatın lideri Çelsi bu turu xal itkisi ilə başa vurub. Səfərdə Barnli komandasının qonağı olan Konte’nin yetİrmələri artıq görüşün 7-ci dəqiqəsində Pedro’nun vurduğu qolla hesabda önə keçib. Lakin ev sahibi komanda 24-cü dəqiqədə Breydi’nin cərimə zərbəsindən vurduğu gözəl qolla məğlubiyyətdən qaça bilib 1:1. Turun mərkəzi qarşılaşmasında Liverpul komandası Tottenhem ilə üz-üzə gəlib. Mane’nin vurduğu 2 qol ev sahibi komandaya 2:0 hesablı qələbə gətirib. Son çempion Lester isə heç cürə kabusdan qurtula bilmir. Ranyeri’nin yetirmələri bu turda səfərdə Suonsi komandasına 2:0 məğlub olub. Mançester Yunayted öz meydanında Uatford’a 2:0 hesabı ilə qalib gəlib. Eyni hesabla Arsenal Hall Siti’dən üstün olub. Sautgempton səfərdə Sanderlend’i 4:0 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Sautgempton komandasının ilk 2 qolu yeni transferi Manolo Qabbyadini’dən gəlib. Turun son görüşü Bornmut və Mançester Siti komandaları arasında keçirilib. 2:0 hesabı ilə qələbə qazanan Pep Qvardiola’nın yetirmələri turnir cədvəlində ikinci pilləyə yüksəldilər. Bu nəticələrdən sonra Çelsi 60 xalla turnir cədvəlinə başçılıq edir. Barnli – Çelsi 1:1 Mançester Yunayted – Uatford 2:0 Liverpul – Tottenhem 2:0 Vest Hem – Vest Bromviç 2:2 Arsenal – Hall Siti 2:0 Suonsi – Lester 2:0 Middlsbro – Everton 0:0 Bornmut – Mançester Siti 0:2 Stok Siti – Kristal Pelas 1:0 Sanderlend – Sautgempton 0:4Almaniya Çempionatı 20-ci tur.

Ötən tur olduğu kimi bu dəfə də bazar günü keçirilən oyunlarda meydan sahibləri sevinən tərəf oldu. Son 6 görüşdə məğlub olmayan Köln’ü nəhayət bu turda büdrədən tapılıb. Frayburq’a məğlub olmasına baxmayaraq Köln 7-ci pillədəki yerini qoruya bilib. Şalke öz meydanında Herta’dan güclü olub 2:0. Çempionatın əsas favoriti ve lideri olan Bavariya səfərdə İnqolştadt komandasından güclü olub 2:0. Hoffenhaym komandası isə bu mövsüm ikinci məğlubiyyətini Volsburq komandasından alıb. Naqelsmannın yetirmələri meydandan 2:1 hesabı ilə məğlub ayrılıb. Borussiya Dortmund səfərdə çempionatın autsayderi olan Darmştadt’a 2:1 hesabı yenilib. Leypziq komandası isə gözlənilmədən öz meydanında Hamburqa 0:3 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Bavariya 49 xalla birinci, Leypziq 42 xalla ikinci, aktivində 35 xalı olan Ayntraxt komandası isə üçüncü sıradadır. Darmştadt – Borussiya Dortmund 2:1 İnqolştadt – Bavariya 0:2 Frayburq – Köln 2:1 Maynts – Auqsburq 2:0 Şalke – Herta 2:0 Leypziq – Hamburq 0:3 Volfsburq – Hoffenhaym 2:1 Verder – Borussiya Münhenqladbax 0:1 Bayer – Ayntraxt 3:0 Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!