Idman

Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimizin adları açıqlandı

2-7 may 2017-ci il tarixdə Serbiya’nın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq. Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir.

Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. İtaliya yığma komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır. Bu gün keçirilən məşqdən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib.

Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək.

Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!