Cari ilin 20 fevral tarixində Avropa Komissiyasının Büdcə və İnsan Resursları üçün cavabdeh olan Komissar Günter H. Öttinger Cənub qaz dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında iştirak etmək üçün Bakıya bir günlük səfər etmişdir.
Səfər çərçivəsində Komissar Günter H. Öttinger Cənub Qaz Dəhlizinə dair Birgə Bəyannaməni imzalamış, Azərbaycan Respublikasının Energetika Naziri c-b Pərviz Şahbazovla birgə mətbuata bəyanat vermişdir.
Komissar Öttinger Cənub qaz dəhlizinin Məşvərət Şurasının beşinci iclasında Birgə Bəyannamənin imzalanmasını “Avropada enerji mənbələri və marşrutlarının daha çox diversifikasiya edilməsi baxımından mühüm addım kimi” qiymətləndirmişdir. “Tərəfdaşlar yeni infrastrukturdan ən yaxşı şəkildə faydalanmalı, mümkün olan ən yaxın zamanda onun potensialını ən azı ikiqat artırmağı nəzərdə tutmalıdırlar.”
Cənub qaz dəhlizinin Məşvərət Şurasının iclası çərçivəsində Komissar Azərbaycan Respublikasının Prezidenti c-b İlham Əliyev, Energetika Naziri c-b Pərviz Şahbazov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə Regional Prezidenti c-b Qeri Cons, Türkmənistan Prezidentinin Enerji məsələləri üzrə Müşaviri c-b Yaqşıgəldi Kakayev, eləcə də Türkiyənin Energetika Naziri c-b Fatih Dönməzlə ikitərəfli görüşlər keçirmişdir.
Frame.az