Tərləmək insan sağlamlığı üçün önəmli və faydalı bir mexanizmdir. Tərləmənin bir çox səbəbləri ola bilər. Psixoloji tərləmə zamanı insan utanarkən və ya qorxarkən, həyəcanlanarkən orqanizmdə hərarət artır və bu zaman bədədndəki hərarəti aşağı salmaq üçün insan tərləyir. Eyni zamanda, bədəndəki toksinlər tərləmə nəticəsində ifraz olurlar.
Lakin bədəndəki bəzi bölgələrin tərləməsi insanlara daima fiziki və psixoloji cəhətdən narahatçılıq verir. Onlardan ən önəmlisi isə xoşagəlməz qoxuya səbəb olan ayaq tərləməsidir. Ayaqların həddindən artıq tərləməsinə tər vəzilərinin normadan artıq işləməsi, xoşagəlməz qoxuya səbəb isə ayaqqabının içində qalan, ayaqlarda yaranan bakteriyalardır.
Bu qoxuların qarşısını almaq üçün sizə bir neçə məsləhətimiz olacaq.
Ayaqlarınızı hər gün yuyun
Hər gün eyni ayaqqabını geyinməyin
Sintetik və yun corablardan istifadə etməməyə çalışın
Ayaq üçün krem və spreylərdən istifadə edin