Noyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə baş tutan “Azərbaycan ailəsi-2016″ film festivalının mükafatlandırma mərasimi keçirilib.
Filmlər 13 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festivalın əsas məqsədi ailə dəyərlərini təbliğ etməkdir.