Site icon Frame.az

Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək.

AFFA-dan bildirilib ki, təmsilçimiz Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq.

Oyunu Tomasz Frak (Polşa), Kiril Naişouler (Finlandiya) və Şota Kuxilavadan (Gürcüstan) ibarət hakimlər idarə edəcəklər.

“Araz”ın heyətində Rövşən Hüseynli, Emin Kürdov, Qabriel Bastos, Eduardo Borges, Karvalho dos Santos, Maykon da Silva, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Teles Thaqo, Xətai Bağırov, İsa Atayev, Ramil Quliyev və Oktay Rüstəmli yer alıblar.

Frame.az

Exit mobile version