Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq demokratik hüquq və azadlıqların bərqərar olması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması nəticəsində müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.
Azərbaycan xalqının Cumhuruyyət günü münasibətilə Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin 28 may Respublika gününə həsr edilmiş “Azərbaycan Cümhuriyyətçiləri ” adlı sərgi təşkil etdi. Sərginin mahiyyəti Dərnək üzvlərinin çəkdikləri rəsimlərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını öz təxəyüllərində necə canlandırmaları və onlara olan sevgilərini təzahürü idi.
Frame.az