13 oktyabr – Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində sosial məsuliyyət xarakteri daşıyan ağacəkmə aksiyası keçirilib. Aksiya dəmiryolunun Baş Sumqayıt – Güzdək mənzilinin 23-cü kilometrində – Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yaşıllaşdırma zolağında baş tutub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi ümumilikdə 2000 ədəd zeytun ağacı əkib, abadlaşdırma işləri görüb. Əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.