EventsMədəniyyətTəqdimat

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında “Günümüzün gəncləri” adlı konsert baş tutub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında “Günümüzün gəncləri” adlı konsert baş tutdu. Solistlər Respublika və Beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə konsertdə Modest Musorqski – “Sərgidən şəkillər”, Aleksandr Skryabin – “Sonata № 3” (fis-moll, op23), Sergey Raxmaninovun – “Prelüd №7” (c-moll, op23) ifa etdilər.

Qeyd edək ki, Vurğun Vəkilov 2009-cu ilin may ayının 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” adı yazılmış və xüsusi aylıq təqaüdə layiq görülmüş, bir neçə VIII “Çitta di Pesaro”, Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq , Pianoçuların “IV Beynəlxalq” kimi bir çox müsabiqələrdə laureat adına və I yerə layiq görülmüşdür. Hal-hazırda Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris – Alfred Cortot” təhsil müəsisəsində təhsil alır. 
Atabala Manafzadə isə Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı Atabala Manafzadə “Gənc pianoçuların II respublika müsabiqəsi”ndə I dərəcəli, Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq və Gənclər üçün F.Şopen müsabiqəsi”ndə II dərəcəli, Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən IX “Davorin Jenko” beynəlxalq müsabiqəsində iki yaş qrupunda (B,C) yarışaraq, hər iki kateqoriya üzrə I dərəcəli, Türkiyənin İstanbul şəhərində keçirilən “VII Pera Piano” kimi bir çox musabiqələrdə  I dərəcəli yerə layiq görülmüş və həmçinin  Aleksandr Skryabinin əsərinin ən yaxşı ifaçısı nominasiyasını qazanmış,Adı Azərbaycanın Gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.

Tamaşaçılar tanınmış gənc pianoçuların ifalarını alqışlarla qarşılayıblar. 
Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi artıq 6-cı ildi ki fəaliyyət göstərir. Layihənin əsas məqsədi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya – yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!