Frame.az xəbər verir ki, Azərbaycan milli komandası yekunlara əsasən 24-cü yerə çıxıb. Medalların sayına görə yarışda ən yaxşı nəticələri Yaponiya idmançıları göstəriblər. Gündoğar ölkənin təmsilçiləri 37 qızıl, 27 gümüş və 37 bürünc olmaqla, ümumilikdə 101 mükafat qazanıblar.
Koreya Respublikası idmançıları 30 qızıl, 22 gümüş və 30 bürünc medalla ikinci nəticəni göstəriblər.
İlk üçlüyü 90 medal əldə edən Taypey idmançıları tamamlayıblar.
Azərbaycan idmançıları üç qızıl, bir gümüş və dörd bürünc, ümumilikdə 8 medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.
Təmsilçilərimiz universiadada ən çox medalı taekvando yarışlarında əldə ediblər.