EventsMobil dünyaTəqdimatƏn SonƏn Son

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

“İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan “Azərbaycan İnnovasiya Mükafatı”nı (AİM) qazanmaq istəyənlər üçün  müraciətlərin qəbuluna start verilib.

Artıq ikinci ildir ki, keçirilən ictimai əsaslı Azərbaycan İnnovasiya Mükafatının Təşkilat Komitəsinin tərkibi sahə üzrə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir.

Layihədə Dövlət – Akademiya – Biznes – Cəmiyyət əsaslı Quad-Helix yanaşması ilə bütövlükdə ekosistemin hər bir oyunçusu nəzərə alınır. Belə ki, oyunçular tərəfindən həyata keçirilmiş uğurlu təşəbbüslər kommersiya marağı olmadan, müstəqil münsiflər tərəfindən şəffaf, qərəzsiz üsulla qiymətləndirilir.

Tədbir çərçivəsində 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində ən təşəbbüskar, fəal şirkət, layihə və şəxslər mükafatlandırılacaq.

Ötən il 5 nominasiya üzrə keçirilmiş “Azərbaycan İnnovasiya Mükafatı”na bu il daha 2 nominasiya əlavə edilib. Builki müsabiqə “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin İnnovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya ekosistemi dəstəkçisi” və “COVID-19 üzrə aparıcı həll təqdimatçısı” nominasiyaları üzrə keçirilir.

Bu linkə (http://innoweek.az/award/)  daxil olmaqla iştirak üçün müraciət etmək mümkündür. Müraciətlər 20 sentyabr saat 00:00-dək qəbul olunur.

Növbəti mərhələ olaraq jüri hər nominasiya üzrə seçim edəcək və qalibləri müəyyənləşdirəcək.

Qaliblər  “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq “Innovation Awards” mükafatlandırma mərasimində elan ediləcək.

Xatırladaq ki, ilk “Innovation Awards Gala” mükafatlandırma mərasimi ötən ilin 23 oktyabr tarixində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Mərasimdə “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya tədbiri”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!