Site icon Frame.az

Azərbaycan millisi Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışında gümüş medal qazanıb

Azərbaycan millisi Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışında gümüş medal qazanıb.

Həlledici matçda Azərbaycan güləşçiləri İran millisi ilə üz-üzə gəliblər.

Görüşdə hesab 5:5 olsa da, qazanılan xalların sayına görə İran millisi (20:19) dünya kuboku yarışının qalibi olub. Azərbaycan seçməsi turniri ikinci pillədə başa vurub.

Dünya yığması isə dünya kuboku yarışının bürünc medalına sahib olub.

Qeyd edək ki, ilk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gəliblər. İran millisi rəqibini 6:4 hesabı ilə məğlub edib. Daha sonra Qırğızıstana 8:2 hesabı ilə qalib gələn İran seçməsi finala adlayıb.

B qrupunda mübarizə aparan Azərbaycan seçməsi isə dünya yığmasını məğlub edib. Bu qrupda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyib. Bu qələbə komandamıza finala adlamaq üçün yetərli olub.

 

 

Exit mobile version