Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq
Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb.
Frame.az xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Belə ki, hər üç setdə (25:17, 25:12 və 25:21) türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.
Serbiya komandası finalda Niderland voleybolçuları ilə qızıl medallar uğrunda yarışacaq.
Bu görüşdə məğlub olan Türkiyə millisi isə üçüncü yer uğrunda Azərbaycan millisi ilə üz-üzə gələcək.