Avropa İttıfaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.
Beynəlxalq Qadınlar Günü münasibətilə, Azərbaycan Respublikası dövlət orqanlarının nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Çexiyadan və Latviyadan ixtisaslaşmış ekspertlər və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) 2019-ci il martın 12-14-də seminarda bir araya gələcəklər. Seminarın məqsədi Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarından qadın əməkdaşları məlumat mübadiləsi üçün bir araya gətirmək, eləcə də istər qurumlararası, istərsə də qurumdaxilində onların gündəlik vəzifələrinin icrasının səmərəliliyini artırmaqdır. Seminar zamanı iştirakçılar nəinki nəzəri bilik əldə edəcək, həm də gündəlik praktikada tətbiq etmək üçün bəzi məsləhətlər əldə edəcəklər. Tədbir Bakı ş., “Hyatt Regency Baku” mehmanxanasının “Nizami” zalında keçiriləcəkdir.
Aİ tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.
AI-nin Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi Simona Gatti və Latviya Respublikasının Azərbaycandakı səfiri Z.A. Juris Maklakovs tədbirin açılış hissəsində işitrak edəcəklər.
Frame.az