Azərbaycan taekvondoçuları V İslamiadada daha iki medala sahib olublar

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova (67 kq) qızıl medal qazanıb.

Komandamızın üzvü F.Əzizova finalda iranlı Zeyneb İsmailiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın digər üzvü Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşitova məğlub olaraq gümüş medalla kifayətlənib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: