Azərbaycan üzgüçüsü İslamiadada gümüş medala layiq görülüb

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğurla çıxış edib.
Komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medal qazanıb.

V İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: