Azərbaycan və Rusiyanın idman akademiyaları Beynəlxalq Gənclər Gününə həsr olunmuş birgə onlayn kampaniyaya başlayıblar.
Beynəlxalq Gənclər Gününə həsr olunmuş birgə onlayn kampaniya iki universitetin təşəbbüsü ilə sosial şəbəkələrin istifadəçiləri üçün səhifələrindən sağlam həyat tərzi və universitetlərarası əməkdaşlığın dəstəklənməsi məqsədilə hazırlanıb.
Avqust ayında hər iki ali təhsil müəssisəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn kampaniyaya başlanılıb. Kampaniya sağlam həyat tərzi və idmana dəstək konsepsiyasını, eləcə də sosial şəbəkələr vasitəsilə onlayn dəstəyi özündə ehtiva edir. Akademiyaların sosial şəbəkələrdə olan səhifələrinin istifadəçiləri profil şəkillərini xüsusi çərçivəyə alıb, sağlam həyat tərzinin istiqamətini dəstəkləyiblər. Onlayn kampaniyanın təşəbbüskarları inanırlar ki, aksiyanın keçirilməsi Azərbaycan Respublikası və Rusiya Federasiyasının gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsində daha bir addım olacaq.
Qeyd edək ki, hər iki akademiya dostluq münasibətlərini möhkəmləndirməyi, ali məktəblər arasında gənclər, idman və elmi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.