Site icon Frame.az

Azərbaycan Xalça Muzeyində “Xalçaçılıq sənəti”adlı beynəlxalq konfrans keçirilir

Noyabrın 16-da görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimovun 110 illik yubileyi çərçivəsində uzun illər davam edən “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində Azərbaycan Xalça Muzeyi və Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin (Rusiya İKOM) təşkilati və həmçinin MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun maliyyə dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin təşkil etdiyi “Xalçaçılıq sənəti” adlı konfrans təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin mədəniyyət müəsissələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin nümayəndəsi Qalina Andreyeva, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlətarası Fondunun rəhbəri İrina Prudnikova həmçinin Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin direktoru Elena Titova və Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova mövzu ətrafında çıxışlar ediblər.
Qeyd olunub ki, 17 noyabr 2016-cı il – 18 yanvar 2017-ci il tarixlərində Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində sərginin keçirilməsi planlaşdırılır. Sərgidə Lətif Kərimovun müəllifi olduğu eskizlər, onların əsasında toxunan xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunacaq. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi tərəfindən bu sərgi üçün 7 ədəd xalça və 4 ədəd xalça məmulatı təqdim olunacaq.
Bununla yanaşı, noyabrın 17-də “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçiriləcək. Kitabda muzeydə qorunan, Lətif Kərimovun müəllif olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan foto şəkillər, sənədlər və məktublardərcolunacaq.
Beynəlxalq Konfransda Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın aparıcı muzeylərinin nümayəndə heyətləri iştirak ediblər.
“Xalçaçılıq sənəti” adlı beynəlxalq konfrans xalça və parçaların tədqiqatı, saxlanması, konservasiyası, bərpası və sərgilənməsi məsələlərinin müzakirəsi ilə davam edib.

Fuad Rəsul
Azərbaycan Xalça Muzeyi
Mətbuat katibi

Exit mobile version