Əziz dostlar, Sizin hər birinizi silsilə mühazirələrimizə dəvət edirik!
01 oktyabr 2016, saat 17:00 – “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bir xalça”
Təqdim edilən mühazirədə Təbriz miniatür məktəbinin xalçaçılıq sənətinə təsirindən, XVI – XVIII əsrlərdə geniş yayılmış Təbrizin ov səhnəli süjetli xalçalarından bəhs ediləcək. Eyni zamanda, ov səhnələrinin xalçalarda təsvir olunma tarixi açıqlanacaq. Mühazirə rus dilində aparılacaq.
Mühazirəçi: Mira Məmmədxanova, Azərbaycan Xalça Muzeyinin baş mühafizi və sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Mira Məmmədxanova 25 ildir ki, Azərbaycan Xalça Muzeyində baş mühafiz vəzifəsində çalışır və muzeyin kolleksiyaları haqqında elmi-tədqiqat işinin müəllifidir.
Frame.az