Azərbaycanda 35 000 gizli maynerlik proqramları aşkarlanıb
2022-ci ilin üçüncü rübündə Kaspersky mütəxəssisləri kriptomədənçilərin (kriptomaynerlərin) 150 000-dən çox yeni modifikasiyasını aşkar ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Azərbaycanda 2022-ci ilin iyul-sentyabr aylarında bu cür proqramlardan istifadə edilərək həyata keçirilən hücumların sayı 35 000*-i ötüb.
Üçüncü rübdə maynerlər arasında ən populyar kriptovalyuta Monero (XMR) olub. O, gizli maynerlik üçün təhlil edilən proqram nümunələrinin təxminən yarısı (48%) tərəfindan emal edilib. “Monero”, ondan istifadə vasitasilə həyata keçirilən əməliyyat məlumatlarının anonim olması ilə tanınır, yəni pul kisəsinin ünvanlarını, məbləğlərini, balansını və əməliyyat tarixini müəyyən etmək mümkün deyil.
Pirat məzmun – filmlər, musiqi, oyunlar, müxtəlif proqramlar yayılan saytlarda maynerlərlə qarşılaşmaq mümkündür. Təcavüzkarlar həmçinin aradan qaldırılmamış zəifliklərdən istifadə edirlər. Kaspersky-nin məlumatına görə, geniş məlum zəifliklərdən istifadə edən demək olar ki, hər altıncı hücumda mayner ilə yoluxmaya rast gəlinir. Əgər ilin birinci yarısında zəifliklərin köməyi ilə arxa qapılar** və fidyə proqramları daha çox yayılmışdısa, üçüncü rübdə fidyə proqramları və mədəmaynerlər üstünlük təşkil edib.
“Troyan mayner, sahiblərinin xəbəri olmadan, yəni gizli şəkildə kriptovalyuta yaratmaq üçün kompüterlərin və ya smartfonların gücündən istifadə edən proqramdır. Belə proqram uzun müddət cihazda qala bilər və müəyyən bir nöqtəyə qədər heç bir şəkildə özünü biruza verməz. Eyni zamanda, maynerlik son dərəcə resurs tələb edən bir prosesdir. O, prosessor və video kartı əhəmiyyətli dərəcədə yükləyir və nəticədə kompüter yavaşlamağa başlayır. Əlavə yük enerji istehlakının artmasına və cihazın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Payızda bu təhlükə aktual olaraq qalır”, – deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Andrey İvanov bildirir.
Kriptomaynerlərdən qorunmaq üçün Kaspersky tövsiyə edir:
şübhəli saytlardan proqramlar yükləməyin;
proqramların rəsmi versiyalarından istifadə edin;
Kaspersky Internet Security kimi etibarlı təhlükəsizlik həlli quraşdırın;
Bütün cihazlarda olan proqramları və əməliyyat sistemlərini vaxtında yeniləyin ki, onlarda olan zəifliklər təcavüzkarlar tərəfindən istismar edilməsin.
* Kaspersky həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistik məlumatları
** Qurbanın kompyuterini uzaqdan idarə etməyə imkan verən proqramlar