Azərbaycanda gənc basketbolçular arasında Avropa çempionatı təşkil olunacaq

Azərbaycanda basketbol üzrə Avropa çempionatı keçiriləcək.

Frame.az xəbər verir ki, ölkəmiz ilk dəfə gənclər arasında keçiriləcək qitə birinciliyinə ev sahibliyi edəcək.

On səkkiz yaşadək oğlanlar arasında təşkil olunacaq çempionatda iştirak edəcək komandaların adlarına isə gələn ilin yanvarında aydınlıq gələcək.

Avropa çempionatının oyunları 2023-cü il iyulun 29-dan avqustun 6-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: