Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 931 yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 345 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 min 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib. Aktiv xəstə sayı 7356 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 257, bu günə qədər isə ümumilikdə 4 milyon 60 min 235 test icra olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: